Azedu.az

Bosch ən sürətli koronavirus testini hazırladı    

26 Sentyabr 2020, 17:02
Bosch ən sürətli koronavirus testini hazırladı    

Almaniyanın Bosch konserni koronavirus infeksiyasının aşkar olunması üzrə unikal avtomatlaşdırılmış test sistemi hazırlayıb.


AzEdu.az
-ın məlumatına görə, bu test zamanı nəticəni 39 dəqiqə sonra öyrənmək mümkün olacaq.


Qeyd olunur ki, bu test hazırda dünyada ən sürətli polimeraz zəncir reaksiyası (PZR) testidir.


Bu sistem avtomobil yollarında və hava limanlarında səyyar test mərkəzlərində istifadə üçün nəzərdə tutulub.


Bosch-un hazırladığı testin diaqnoz dəqiqliyi 98 faizə bərabərdir. Şirkət istehsal gücünü 1 milyon testədək artırmağı planlaşdırır.

Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?
Son xəbərlərDaha çox