Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-08 18:23:00
Magistratura üzrə boş qalan plan yerlərinə bakalavrların qeydiyyatı davam edir

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 9 sentyabr saat 17:00-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. 

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.

 

Bakalavrlar qəbul olunduqları ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyatın forması ilə tanış ola bilərlər.

 

8 sentyabr saat 16:40-a olan məlumata əsasən magistraturaya qəbul olunan bakalavrların 45%-i qeydiyyatdan keçib.

 

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar magistratura səviyyəsinə qəbul olunanların siyahısından xaric ediləcəklər.