https://www.zirve.edu.az/
29.06.2020 17:13
Azərbaycan Dillər Universitetində magistr dissertasiyalarının onlayn müdafiəsi davam edir
Çap et

Azərbaycan Dillər Universitetində (ADU) 2019/2020-ci tədris ilində ali təhsilin magistr səviyyəsində 28 ixtisas üzrə dissertasiya müdafiələri təşkil olunur.

 

ADU-dan AzEdu.az-a verilən  məlumata görə, seçim üçün 2018/2019-cu tədris ilində 5 yeni ixtisas tələbələrin ixtiyarına verilib. İxtisaslar bunlardır - dil və ədəbiyyatın tədrisi metodikası və metodologiyası (ingilis, fransız, rus və alman dilləri və ədəbiyyatları üzrə) və dünya siyasəti. Həmin ixtisaslar üzrə standartlara uyğun tərtib olunmuş işçi tədris planına əsasən dərslər mükəmməl tədris edilib, dissertasiya mövzularının kafedralarda ilkin onlayn müzakirələri təşkil olunub və yekun dissertasiya müdafiəsinə buraxılıb.

 

ADU-da magistrlərin dissertasiyalarının onlayn müdafiələri iyulun 5-dək davam edəcək.