Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-29 11:10:00
MİQ-lə bağlı vacib məqamlar, buraxılış imtahanları-Təhsil icmalı

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:
 
 
Yola saldığımız həftədə - 22-28 iyun tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:


Yerdəyişmə etmək istəyən müəllimlərdən bu sənəd tələb olunmayacaq


21 iyun 5 iyul tarixlərində tətbiq olunan sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar yerdəyişmə müsabiqəsində vakant yer tutan müəllim namizədlərdən əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış tələb olunmayacaq.


MİQ-in vaxtı ilə bağlı vacib məlumat


“MİQ müsabiqəsinin keçirilməsi ilə bağlı məlumat gələn həftələrdə veriləcək”.


Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.


Baş nazirdən orta məktəblərlə bağlı yeni qərar


Nazirlə Kabineti “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nı təsdiq edib.
 

Bu Normalar sinif otağının bir şagird üçün müəyyən edilmiş sahə normativi nəzərə alınmaqla hazırlanıb.


Builki MİQ müsabiqəsinin keçirilməmək ehtimalı varmı?


 “MİQ-lə bağlı hər hansısa  yenilik olduğu təqdirdə bu barədə cəmiyyətə məlumat veriləcək”.
 
 
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.


Sosial həssas qrupa aid olan tələbələrə şad xəbər


E-telebe.edu.az portalına müraciət tarixi iyulun 1-dək uzadılır.


Bunu Təhsil nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.


O, vurğulayıb ki, müraciətlərin çox olması ilə əlaqədar müddət uzadılır.


DİM magistraturaya qəbulun nəticələrini açıqladı


Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.


2 və ya 3 iyul tarixlərində buraxılış imtahanlarında iştirak edəcək şəxslərin nəzərinə!


Şagirdlər (abituriyentlər) “İmtahaha buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər.
 

İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər.


"MİQ-in  ayrı-ayrı bölgələrdə təşkili ilə bağlı müzakirələr aparılır"-Gülər Hüseynova


“MİQ-in online şəkildə keçirilməsi müzakirə edilmir”.
 
 
Bunu “Yaradıcı müəllimlər” layihəsinin ideya müəllifi, kurikulum təlimçisi  Gülər Hüseynova şəxsi facebook səhifəsində yazıb.
 

Magistraturaya qəbul olanlar sənədlərini bu tarixədək təqdim edilməlidir


Magistraturaya qəbul olan şəxslər iyulun 6-dan 15-dək sənədlərini qəbul olduqları ali təhsil müəssisələrinə təqdim etməlidirlər.
 
 
Ölkəmizdə tətbiq olunan sərt karantin rejimi ilə əlaqədar sənəd qəbulu iyulun 6-dan başlayacaq.


XI sinif buraxılış imtahanının nəticələri bu tarixdə açıqlanacaq


“10 və 11 iyun tarixlərində XI siniflər üçün keçirilmiş buraxılış imtahanının nəticələrinin növbəti həftə elan olunması nəzərdə tutulur”.
 

DİM bunu öz rəsmi facebook hesabında bildirib. Burada həmçinin nəticələrin nə üçün 3 həftəyə elan olunması da izah olunub.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları