Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-02 13:31:00
Bu ölkədə də məktəblər açıldı  

“Məktəblər  7 və 12-ci sinif şagirdləri üçün 8 iyunda açılacaq”.

 

AzEdu.az xəbər verir ki, bu sözlər Cənubi Afrikanın Təhsil Nazirləri Şurası ilə Təhsil İdarələri Komitəsi arasında keçirilən görüş zamanı deyilib.

 

İclasda təqdim olunan hesabatda bildirilib ki, ilk olaraq təhsil müəssisələrinin 1 iyunda açılacağı nəzərdə tutulurdu. Ancaq məktəblərin 80 %-i təhlükəsizlik baxımından müəllimlər və şagirdlərin gəlişinə hazır olmadığı üçün tətilin müddəti bir qədər də uzadılıb.

 

“Şəhər və rayon məktəbləri sağlamlıq, təhlükəsizlik və sosial uzaqlaşma tələblərinə ciddi şəkildə riayət edilməsini təmin etməlidir”, - deyə Təhsil Nazirləri Şurası qeyd edib.

 

Cənubi Afrikanın Təhsil naziri Angie Motshekganın sözlərinə görə, 6 iyul-3 avqust tarixlərində digər siniflər də mərhələli şəkildə məktəblərə qaytarılacaq:

 

“Məktəblərin yenidən açılması üçün sağlamlıq və təhlükəsizlik qaydalarına əsasən, müəllimlər və şagirdlər fərdi qoruyucu vasitələrinə malik olmalıdırlar. 1,5 metrlik sosial məsafəyə riayət olunmalı və təhsil müəssisələrində vaxtaşırı müayinələr keçirilməlidir”.

 

Təhsil İdarələri Komitəsi bildirib ki, övladını məktəbə göndərmək istəməyən valideyn evdə təhsil üçün müraciət edə bilər.

 

Qeyd edək ki, Cənubi Afrikada koronavirusun yayılmasının qarşısını almaq məqsədilə 27 mart tarixindən etibarən bütün təhsil müəssisələrində tətil elan edilib.