Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-31 15:49:00
İş yerini dəyişən müəllimlərə işə qəbul müsabiqəsində iştirak etmək imkanı yaradılacaq-RƏSMİ

Yerdəyişmə müsabiqəsində uğur qazanan müəllimlər cari ildə keçiriləcək işə qəbul müsabiqəsində iştirak edə bilərlər.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Təhsil Nazirliyinin rəsmi saytında yer alıb. Məlumata görə, daimiləşmə müsabiqəsində uğur qazanmış müəllimlərlə 2020-2021-ci tədris ilində müddətsiz əmək müqaviləsi bağlanacaq. Bu səbəbdən həmin şəxslərin cari müsabiqədə iştirakı imkan xaricindədir.

Xatırladaq ki, iyunun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır. Müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az/ yerdeyishme linki vasitəsilə qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu iyunun 5-i saat 23:59-da başa çatacaq.