Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-19 12:07:00
BDU alimləri “Web of Science” bazasının rəyçiləri sırasında ilk onluqda yer aldılar

“Clarivate Analytics” şirkətinin “Web of Science” qrupuna daxil olan “Publons” alt qrupu “Web of Science” bazasına daxil olan nüfuzlu jurnallara təqdim olunan məqalələrə müsbət və ya mənfi rəy yazan alimlərin faliyyətini araşdırır və hər ölkə üzrə son 1 ildə rəy yazan alimlərin siyahısını dünya elmi ictimaiyyətinə təqdim edir.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan üzrə təqdim olunan siyahıda Bakı Dövlət Universitetinin (BDU) alimlərinin fəaliyyəti yüksək qiymətləndirilib. Universitetin alimlərindən Əməkdar elm xadimi, Cəbr və həndəsə kafedrasının müdiri, professor Arif Səlimov, Nanomateriallarn kimyəvi fizikası kafedrasının dosenti Flora Hacıyeva, Tətbiqi riyaziyyat kafedrasının professoru İbrahim Nəbiyev və Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri, professor Rasim Alosmanov bu siyahıda ilk 10-luqdadır.

 

Qeyd edək ki, ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:

https://publons.com/researcher/?country=44&is_core_collection=1&is_last_twelve_months=1&order_by=num_reviews