https://www.zirve.edu.az/
17.04.2020 13:47
YUNİSEF-dən dünya ölkələrinə çağırış
Çap et

Təşkilat hesab edir ki, karantin dövründə uşaqları internetdə qorumağa daha çox ehtiyac var

 AzEdu.az  xəbər verir ki, YUNİSEF  dünya ölkələrinə səslənərək  karantin dövründə uşaqları internetdə qorumağa çağırır. Təşkilat bildirir ki,  özünütəcrid dövründə  bütün dünyada milyonlarla uşaq kompüter  və smartfonların ekranlarının qarşısında çox vaxt keçirirlər. Bu zaman onlar  tez-tez ciddi, konkret  cinci istismar və zorakılıqla bağlı təhlükələrlə üzləşə bilərlər.

 

 "Məktəblər bağlandığı və virusun yayılmasının qarşısını almaq üçün digər ciddi tədbirlər görüldüyü bir şəraitdə uşaqlar rəqəmsal texnologiyalardan istifadə edərək təhsil alırlar, xarici aləmlə ünsiyyət qururlar, əylənirlər, lakin bütün uşaqlar internetdən təhlükəsiz istifadə etmək üçün lazım olan bilik və bacarıqlara malik deyillər", - deyə  uşaqlara qarşı zorakılığın qarşısının alınması üzrə Qlobal tərəfdaşlığın icraçı direktoru Hovard Taylor  bildirib.

 

Təşkilat bəyan edir ki, bu gün pandemiya ilə əlaqədar  1,5 milyarddan çox uşaq və yeniyetmə məktəbə  getmir. İndi onların bir çoxu internet vasitəsilə öyrənir və ünsiyyət  saxlayırlar. Tez-tez dünya şəbəkəsində nəzarətsiz olmaq uşaqları cinsi istismara məruz qaldıqları platformalara aparır. Sirr deyil ki, böhran şəraitində  internetdə qeyri-etik davranışları ilə  seçilən cinayətkar ünsürlərə geniş rast gəlinir və onlar  yetkinlik yaşına çatmayanları, çox vaxt hətta azyaşlı uşaqları əxlaqsız hərəkətlərə cəlb edir, onlara ədəbsiz videolar göndərir və ya uşaqların özlərini əxlaqsız şəkildə videolara çəkirlər.

 

Bütün bu riskləri nəzərə alaraq YUNİSEF öz tərəfdaşları, o cümlədən uşaqlara qarşı zorakılığın dayandırılması üzrə Qlobal Tərəfdaşlıq, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və YUNESKO ilə birlikdə hökumətlər, İKT sektoru şirkətləri, pedaqoqlar və valideynlər üçün tövsiyələr hazırlayaraq,  onları  ayıqlıq göstərməyə, potensial risklərin azaldılması üçün təcili qərarlar  qəbul etməyə ,  uşaqların təhlükəsizlikdə qalmamaları və pandemiya dövründə virtual sahədə "həyatın" müsbət təcrübəsini əldə etmələri üçün bütün zəriri addımları  atmağa çağırır.

 

"COVİD-19 epidemiyası nəticəsində milyonlarla uşaq müvəqqəti olaraq öz evlərində təcrid olunmuş vəziyyətdə qaldı  və elektron qurğularının ekranları qarşısında çox vaxt keçirir. Biz onlara bu yeni reallıqda istiqamətlənməyə kömək etməliyik", – deyə YUNİSEF-in icraçı direktoru Henrietta For bildirib.

 

YUNİSEF ekspertləri hesab edirlər ki, pandemiya şəraitində hökumətlər uşaqların müdafiəsi üzrə sosial xidmətlərin fasiləsizliyini təmin etməli, həmçinin uşaqların internetdə təhlükəsizliyinin təmin olunması üzrə informasiya-izahedici və tədris proqramlarını genişləndirməlidirlər.

 

Sosial şəbəkə platformaları da daxil olmaqla, informasiya texnologiyaları sənayesinin nümayəndələri məzmunu izləməli, avtomatik mühafizə tədbirləri tətbiq etməli, istinad xidmətləri və "etimad telefonları" nı təşkil etməlidirlər.

 

YUNİSEF hesab edir ki,  valideynlər proqram təminatı və antivirus proqramlarının qurulmasında   uşaqlara kömək etməlidir. Ata və analar internetdə necə və kimlərlə ünsiyyət qurduqları barədə uşaqlarla açıq dialoq aparmalı, internetdən necə, nə vaxt və hansı məqsədlər üçün istifadə oluna biləcəyi ilə bağlı qaydalar müəyyənləşdirməli, eləcə də şəbəkədə fəallıqları ilə əlaqədar uşaqlarda yarana biləcək  stress əlamətlərinə diqqət yetirməlidirlər.(Azərbaycan  müəllimi)