Azedu.az

İkili diplom proqramı üzrə magistraturaya sənəd qəbulunun müddəti uzadıldı

Ali təhsil

Təhsil Nazirliyi

13 Aprel 2020, 12:46
İkili diplom proqramı üzrə magistraturaya sənəd qəbulunun müddəti uzadıldı

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında imzalanan ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə magistratura səviyyəsinə sənəd qəbulunun müddəti dəyişdirilib.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, müddət 20 may 2020-ci il tarixinədək uzadılıb.

 

Məlumat üçün bildiririk ki, sözügedən proqram üzrə cari ilin 13 mart tarixində sənəd qəbulu barədə elan verilmişdi.

 

Magistratura səviyyəsində təhsil iki il müddətində və ingilis dilində aparılacaq.

İrandan daha bir hücum - Bakı hədəfə alındı
Son xəbərlərDaha çox