Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-10 18:19:00
Beşinci siniflərin onlayn dərsində “böyüklər üçün” kadrlar nümayiş etdirilib

Rusiyada distant rejimdə dərs zamanı kuryoz hadisə yaşanıb. Belə ki, videozənglər və konfranslar üçün nəzərdə tutulan “Zoom” proqramı ilə həyata keçirilən “Pravoslav mədəniyyətinin əsasları” dərsində ekranda bir neçə dəfə pornoqrafik kadrlar nümayiş olunub.

 

AzEdu.az xəbər verir ki, videokonfransa yerli liseyin beşinci sinif şagirdləri qoşulub (təxminən 90 uşaq). Lakin dərsin tam ortasında monitorda pornoqrafik təsvirlər yer alıb.

 

Video ekrana çıxdıqdan sonra müəllim dərhal onu dayandırıb və dərsinə davam edib. Lakin bir müddət sonra video ikinci dəfə ekranda görünüb. Müəllim yenə filmi bağlasa da, bu hadisə təkrarlanıb.

 

Dərsin necə bitdiyi məlum deyil.

Yerli hökumət nümayəndələri hadisəni şərh edərkən bu onlayn xidmətin ölkə xaricindən idarə olunması üzündən ondan istifadə zamanı ehtiyatlı olmağa çağırıb.

Qeyd edək ki, koronavirus epidemiyası ilə əlaqədar Rusiyada təhsil müəssisələri distant rejimə keçib. (oxu.az)