Azedu.az

ABŞ:  Yeni virus Rusiyada yaradılıb

24 May 2018, 21:08
ABŞ:  Yeni virus Rusiyada yaradılıb

ABŞ-ın Federal Təhqiqatlar İdarəsi  (FTİ) “VPNFilter” virusu ilə həyata keçirilən irimiqyaslı botnet-hücumunda Rusiya hökumətinin əli olduğunu hesab edir.

 

AzEdu.az  xəbər verir ki, bu barədə “The Daily Beast” məlumat yayıb.

 

“VPNFilter” virusu “Linksys”, “MikroTik”, “NETGEAR” və “TP-Link” şirkətlərinin istehsal etdiyi şəbəkə qurğularını, o cümlədən, modem və routerləri, həmçinin yaddaş qurğularını sıradan çıxarıb.

 

Təkcə may ayında 500 mindən çox qurğunun bu virusa yoluxduğu bildirilir.

 

FTİ virusun alqoritmini “Fancy Bear” haker qrupunun fəaliyyəti ilə əlaqələndirib. Vaşinqton həmin qrupu Rusiyanın virtual məkanda apardığı kəşfiyyatının əsas aləti hesab edir.  

 

İdarə yaxın zamanda kiberhücum qurbanlarının siyahısını ictimailəşdirəcək.

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox