Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-03 10:13:00
Magistratura  üzrə ixtisas seçimi təxirə salınacaq?-Rəsmi cavab 

 AzEdu.az mütəmadi olaraq abituriyentləri, tələbələri və digər təhsil iştirakçılarını maraqlandıran sualları rəsmi quruma istinadla cavablayır.

Yaranmış vəziyyətlə əlaqədar olaraq magistraturaya qəbul imtahanında iştirak edib uğur qazanan bakalavrları belə bir sual düşündürür:

Sual: Magistratura səviyyəsinə  ixtisas seçimi də təxirə salınacaqmı?

Cavab: DİM-dən verilən məlumata görə hələlik ancaq aprel ayında keçirilməsi nəzərdə tutulan imtahan və tədbirlər təxirə salınıb. Yəni, bu barədə öncədən dəqiq  məlumat vermək mümkün deyil.

Xatırladaq ki,  ölkədə koronavirus pandemiyasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən reallaşdırılır.