Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-11 17:19:00
RƏSMİ AÇIQLAMA: Təxirə salınan dərslərlə bağlı yekun qərar Nazirlər Kabineti tərəfindən veriləcək

“Hazırda taxirə salınan dərslərin necə əvəzlənəcəyi barədə müzakirələr aparılır”.

 

Bunu  açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

 

 C.Valehov bildirib ki, yaxın vaxtlarda məsələ ilə bağlı qərar qəbul ediləcək: 

 

“Təhsil Nazirliyi və aidiyyatı təşkilatlar tərəfindən müzakirələr aparılır. Bir neçə təklif hazırlanıb. Müzakirələr bitdikdən sonra təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq. Yekun qərar Nazirlər Kabinetinin sərəncamı əsasında veriləcək”.  (TED.az)