https://www.zirve.edu.az/
22.02.2020 21:37
Günəş panelinin istiqamətini təyin edən yeni metod işlənilib
Çap et

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda elmi seminar keçirilib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, seminarda Xəzər dənizinin monitorinqi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Rauf Qardaşovun “Günəş panelinin günlük optimal istiqamətinin təyini” mövzusunda məruzəsi dinlənilib.
Alim işləyib hazırladığı Günəş panelinin gündəlik optimal istiqamətini təyin edən yeni metodun riyazi modelini təqdim edib və onun hazırda Azərbaycan Respublikasında geniş tətbiq olunan “illik optimal” seçimlə müqayisədə ildə 7 faiz daha çox enerji istehsal etməyə imkan verdiyini diqqətə çatdırıb.

Modelin tətbiqi dağlıq bölgələrdə şəxsi həyətyanı sahələrdə, xüsusilə, turizm təsisatlarında avtonom şəkildə təmiz enerji təchizatında faydalı ola bilər.

Xatırladaq ki, R.Qardaşovun təklif etdiyi bu model 2019-cu ilin martında impakt faktoru 11.239 olan Q1 kateqoriyalı “Renewable & Sustainable Energy Reviews” jurnalında dərc olunub.