Azedu.az

400 qadın imtahanda uğur qazandı-DİM

Dövlət İmtahan Mərkəzi

20 Fevral 2020, 09:40
400 qadın imtahanda uğur qazandı-DİM

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 16-da inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə keçirilmiş dövlət qulluğuna qəbul imtahanında qadınların müvəffəqiyyət göstəriciləri daha yüksək olub.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, qeydiyyatdan keçmiş 1016 kişidən 403 nəfər (39,7 faiz), 840 qadından isə 400 nəfər (47,6 faiz) uğur qazanıb.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1856 namizəddən 803 nəfəri (43,3 faiz) müvəffəqiyyət əldə edib.

 

TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox