https://www.zirve.edu.az/
11.02.2020 15:12
Hər müəllimin bilməli olduğu düstur - İllik qiymətlər belə hesablanır

Müəllimləri maraqlandıran əsas məqamlardan biri də yarımil və illik qiymətlərinin necə hesablanması ilə bağlıdır. Bu, şagirdlər üçün də eyni dərəcəzırda də maraqlıdır.

AzEdu.az məlumat verir ki, illik qiymətlərin hesablanması Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılma qaydasında əksini tapıb.

Qaydalara əsasən, şagirdin illik balları onun yarımillik ballarının ədədi ortası kimi hesablanır. Yəni, yarımil qiymətlər toplanaraq ikiyə bölünür. Qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.

Yarımillik ballar isə aşağıdakı düsturlarla hesablanır:

Böyük summativqiymətləndirmə aparılmayan fənlər üzrə:

Y= (ksq1+ ksq2+…+ ksqn ) / n

Böyük summativqiymətləndirmə aparılan fənlər üzrə:

Y=(ksq1+ksq2+…+ksqn )/n – 40/100 + BSQ - 60/100

İllik balının 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu qaydaya müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilir:

30-dək (daxil olmaqla) olan ballar “2” qiyməti ilə;

30-dan 60-dək (daxil olmaqla) olan ballar “3” qiyməti ilə;

60-dan 80-dək (daxil olmaqla) olan ballar “4” qiyməti ilə;

80-dən 100-dək (daxil olmaqla) olan ballar “5” qiyməti ilə.

İllik qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinfə keçirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları