Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-10 13:25:00
Bu ixtisas üzrə kolleclərə qəbul aparılmır-DİM

Orta ixtisas təhsil müəssisələrinə qəbul imatahanları həm 9 illik, həm də 11 illik baza əsasında aparılır.

AzEdu.az mütəmadi olaraq qəbul imatahanları ilə əlaqədar abituriyentləri maraqlandıran sualları rəsmi quruma istinadən cavablandırır. Həmin suallardan birini təqdim edirik.

Sual: 9 illik orta təhsil bazasından kolleclərə tibb ixtisası üzrə sənəd vermək mümkündür?

Cavab: Xeyr.  Yalnız 11 illik təhsil bazasından tibb ixtisasları üzrə  orta təhsil müəssisələrinə tələbə qəbul olunur.

Məlumat üçün bildirək ki, əvvəlki illin məzunları üçün 9 illik  təhsil bazasından orta təhsil müəssisələrinə qəbul imtahanı I mərhələ üzrə 29 mart, II mərhələ üzrə 5 iyul,  11 illik təhsil bazasından əvvəlki ilin məzunları üçün qəbul imtahanı 26 aprel tarixində keçiriləcək.

Cari ilin məzunları isə buraxılış imtahanlarının nəticələri ilə kolleclərə qəbul müsabiqəsində iştirak edə bilər. 

Qeyd edək ki,  qəbul imtahanları üzrə qeydiyyat başlamayıb.