Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-10 10:13:00
Müdrik insanların dərk etdiyi 10 reallıq

Çətinliklərlə necə ram edək?

Bəzi insanların anadan olandan şanslı olduğu düşünülür. Hətta "ulduzları yüksəkdir" kimi fikirlərlə əsaslandıranlar da az deyil. Həmin insanlar həyatlarından razı olur və ətrafındakılar tərəfindən sevilir, qiymətləndirilirlər. Bəzilərimiz isə həyatdan narazıyıq. Daim mübarizə aparır və xəyallarımızın gerçəkləşməyəcəyinə inanırıq. Həmişə düşünürük ki, daha yaxşı vəziyyətdə olmalı, daha çox pul qazanmalı və daha yaxşı görünməliyik. İstəklərimiz reallaşmayanda isə ətrafımızdakıları günahlandırırıq.

AzEdu.az xəbər verir ki, xoşbəxtlik mütəxəssisi Şannon Kaiser kitabı üçün apardığı araşdırma zamanı, çoxumuzun, həyatımızın bir nöqtəsində görmədiyi vacib bir həqiqəti kəşf edib. Kaiser düşünür ki, yaşadığımız təcrübələr bəzi nüansları dərk etməyimiz üçün əhəmiyyətlidir. Əgər bir təcrübədən dərs almasaq, oxşar vəziyyətlərlə təkrar-təkrar rastlaşarıq. İnsanlar dəyişə bilər, lakin çətinlikdən nəticə çıxarmadıqda, üzünün gülmədiyi münasibətlər, ruhunu korlayan hadisələr  tez-tez baş verəcək.  "Niyə mən", "Niyə eyni şeylər mənim başıma gəlir", "Mən buna layiq deyiləm" kimi fikirlərlə daim üsyan edirik. Ta ki, özümüzdə olan problemi dərk edib, bilənə qədər...

Çətinliklərdən qaça bilməzsiniz, amma sizi imtahan etmək və öyrətmək üçün həyatınıza girdiyini dərk edib, fərqli yanaşa bilərsiniz. Bu yanaşma çiyninizdən bir yükü azaldacaq və çətinliyi fürsətə çevirməyinizə imkan verəcək.

Müdrik insanların fərqinə vardığı 10 həqiqəti sizə təqdim edirik:

1. Etdiklərimizdə səhv yoxdur, yalnız inkişaf var. Mövcud vəziyyətdə əlimizdən nə gəlirsə, onu edirik. Müdrik insanlar etdiklərini səhv olaraq dəyərləndirmək əvəzinə, bir də belə vəziyyətə düşdükləri halda, həll yolu üçün fərqli nə edə biləcəklərinə fokuslanırlar.

2. Dərsinizi alana qədər eyni hadisələri təkrar yaşayarsınız. Bu, qaçılmazdır.

3. Başqalarının sizə olan davranışı özünüzə olan inancınızı əks etdirir. Siz özünüzə nə qədər çox inanırsınızsa, başqaları da sizin qədər inanır.

4. Özünüzü nə qədər çox təsdiqləsəniz, başqalarının təsdiqinə ehtiyacınız olmaz.

 

5. Həyatınızda baş verənlər problemlər deyil, ehtimallardır.

6. Baş verənlər heç vaxt sizə qarşı deyil, həmişə sizin üçündür. Hər şərdə bir xeyir var!

7. Çata biləcəyiniz son nöqtə yoxdur.  Məqsəd və istəklər bitmir.

8. Bu gün yaşadıqlarınız sabah nə yaşayacağınıza hazırlaşmağınız üçündür.

9. Həyatda ehtiyacınız olanı yaşayırsınız. Düşündüyünüz kimi olmaya bilər, amma lazım olduğuna əmin olun.

10. Həyatını necə formalaşdırmaq öz əlindədir.