Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-08 17:36:00
SABAH tələbələri “Sağlam təhsil” siniflərində

SABAH tələbələri “Sağlam təhsil” siniflərində

AzEdu.az xəbər verir ki, "SABAHın müəllimi” təcrübə proqramı davam edir. Təcrübə proqramına uyğun olaraq tələbələr “Sağlam təhsil - sağlam millət” layihəsi ilə əməkdaşlıq çərçivəsində “Sağlam təhsil” siniflərində təcrübəyə cəlb olunublar.

Təcrübə müddətində “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin metodistləri, psixoloqu, pedaqoqu mütamadi olaraq sinifləri ziyarət edir və gənc müəllimlərə dəstək olur, suallarını cavablandırırlar.

2016-cı ildən etibarən 100 SABAH tələbəsi “Sağlam təhsil“ siniflərində təcrübə keçib.

Qeyd edək ki, Proqram üç istiqamət üzrə (“STEAM” siniflərində, kənd məktəblərində, “Sağlam təhsil” siniflərində) aparılacaq təcrübə proqramı ümumilikdə 126 tələbə və 56 məktəbi əhatə edir.

Ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” pilot layihəsinin tətbiqinə 2014-2015-ci tədris ilindən başlanılıb. Hazırda Bakı və Sumqayıt şəhərlərində 50 məktəbin 244 sinfində layihə üzrə təhsil alan  şagirdlərin sayı 4500 nəfərdən çoxdur. Bunlardan 7 məktəb xüsusi tipli məktəb, 4-ü isə inklüziv sinifləri olan məktəbdir.