Azedu.az

Dövlət İmtahan Mərkəzinin elmi-metodik seminarları davam edir

Dövlət İmtahan Mərkəzi

27 Yanvar 2020, 15:11
Dövlət İmtahan Mərkəzinin elmi-metodik seminarları davam edir

Dövlət İmtahan Mərkəzinin (DİM) ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanları və ali təhsil müəssisələrinə qəbul imtahanlarının qaydalarına dair elmi-metodik seminarları davam edir.

DİM-dən AzEdu.az-a bildirilib ki, yanvarın 31-də 12:00-da ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanları və ali təhsil müəssisələrinə qəbul imtahanlarının qaydalarına dair Saatlı Rayon Gənclər Mərkəzində (ünvan: H.Zərdabi 71a) Azərbaycan dili, riyaziyyat və tarix fənlərindən elmi-metodik seminarlar keçiriləcək.

Seminarlarda Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Saatlı, Sabirabad və İmişli rayonlarından olan müvafiq fənn müəllimləri iştirak edə bilərlər.

İrana getməyin, təhlükə var! Rusiyada əhaliyə kritik çağırış
Son xəbərlərDaha çox