https://www.zirve.edu.az/
20.01.2020 12:34
Bölgə məktəbindəki fransız dili müəllimdən fərqli və əyləncəli dərs metodu – VİDEO
Çap et

Biləsuvar rayonunda Aşağı Cürəli kənd tam orta məktəbin fransız dili müəllimi Tural Hüseynov ibtidai siniflərdə fransız dilini sevdirmək məqsədi ilə fərqli və əyləncəli yarış keçirir. Videodan da göründüyü kimi şagirdlər dərsdə xüsusi fəallıq göstərirlər.

AzEdu.az xəbər verir ki, şəkillərin altında fransızca yazılan sözlərin şəkildəki əşyaya uyğun olub olmadığını (düz və ya səhv) III sinif şagirdləri cəld və düzgün təyin etməlidirlər.

Dərsdən çəkilmiş videonu təqdim edirik: