https://www.zirve.edu.az/
14.01.2020 12:10
Yeni  test topluları nə zaman nəşr olunacaq?-Rəsmi CAVAB
Çap et

Məlum olduğu kimi Azərbaycan bölməsi üçün qəbul proqramları üzrə kifayət qədər test topluları var. Amma rus bölməsi üzrə hazırlaşan abituriyentlər materialların azlığından şikayətlənirlər. Onlar Azərbaycan dilində nəşr olunan testlərin rus dilinə tərcüməsində və ya başa düşülməsində çətinlik çəkdiyini bildirir, vəsait çatışmazlığının qəbul imtahanlarında az bal toplamaqlarına səbəb olduğunu vurğulayırlar.

AzEdu.az abituriyentlərin müraciətin nəzərə alaraq bu barədə Dövlət İmtahan Mərkəzi ilə maraqlanıb.

DİM-in  mətbuat xidmətinin rəhbəri  Xanlar  Xanlarzadə bildirib ki, rus bölməsi üçün Rus dili və riyyaziyyat fənni üzrə test toplularının nəşri nəzərdə tutulur. Digər fənlər üzrə test toplularının üzərində iş gedir.

Qeyd edək ki, imtahan qrafikləri də qurum tərəfindən hazırlanır və yaxın günlərdə ictimaiyyətə elan olunacaq.