![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_imtahan_883.jpg)
Məlum olduğu kimi Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi imtahanlarda müəyyən sənədlər tələb olunur və həmin sənədlərdən biri olmadığı halda namizəd imtahana buraxılmır.
AzEdu.az xəbər verir ki, bəzi abituriyentlərin imtahanlara gələndə tələb edilən sənədlərdən hər hansı birini –şəxsiyyəti tədiq edən sənəd, şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan abituriyentlər, digər sənədlərlə yanaşı, təhsil müəssisələri tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı, imtahana buraxılış vəsiqəsini unudub gətirməməsi onlarda psixoloji gərginlik və sarsıntı yaradır.
Təhsil ekspertləri həmin problemi həll etməyin yollarını üz tanıma aparatlarında görür. Belə ki, DİM tərəfindən abituriyentin kimliyini müəyyən edən üz tanıma qurğusunun tətbiq edildiyini nəzərə alıb həmin abituriyentlərin imtahana buraxılması məqsədəuyğundur.
Onu da qeyd edək ki, üz tanıma qurğuları imtahanlar zamanı məhdud sayda məktəblərdə tətbiq olunurdu. DİM-dən verilən məlumata görə yeni ildə bu qurğuların istifadə dairəsi genişləndiriləcək.
Ayşə MÜSEYİB
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)