Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-01 12:48:00
 İlk dəfə dinləmə mətnləri, yazı tələb edən tapşırıqlar üzrə test bankın yaradılmasına başlanılıb-DİM

“2019-2020-ci tədris ili üçün buraxılış və qəbul imtahanlarının modelində edilən dəyişikliklərlə əlaqədar olaraq yeni tipli yoxlama-ölçmə materiallarının hazırlanmasına ehtiyac yaranıb. Belə ki, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının proqramına xarici dillər (rus, ingilis, alman, fransız, fars və ərəb dilləri) əlavə olunduğundan bu dillər üzrə ilk dəfə imtahanda istifadə edilmək üçün həm oxu, həm də dinləmə mətnləri üzrə test bankının yaradılmasına başlanılıb”.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin illlik hesabatında qeyd olunub.

Hesabatda deyilir ki, tam orta təhsil səviyyəsi üzrə isə buraxılış imtahanının proqramına daxil olan fənlər üzrə qapalı tipli test tapşırıqları mövcud olsa da, ilk dəfə tədris dilləri (Azərbaycan və rus) üzrə yeni modelə uyğun ontapşırıqlı bədii və publisistik mətnlərdən ibarət test bankı yaradılıb.

Bundan başqa, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının proqramına daxil olan xarici dillər (rus, ingilis, alman, fransız, fars və ərəb dilləri) üzrə oxu və dinləmə mətnlərindən ibarət test bankının hazırlanmasına başlanılıb. Buraxılış imtahanına daxil olan riyaziyyat fənni üzrə mövcud test bankında qapalı və ənənəvi açıq tipli test tapşırıqları kifayət qədər olsa da, tam orta təhsil səviyyəsi üzrə yazmağı tələb edən test tapşırıqlarının tərtibinə ilk dəfə başlanılıb.

Qeyd edək ki, tədrisi Azərbaycan dilindən fərqli dillərdə həyata keçirilən ümumtəhsil müəssisələrini bitirən şagirdlər üçün keçirilən Azərbaycan dili imtahanının modeli dəyişdiyindən cari ildə həmin imtahan modelinə uyğun olaraq test bankı yenidən formalaşdırılıb.

Ayşə MÜSEYİB