Azedu.az

Valideyn və müəllimlər üçün çox vacib layihə - DİM  ilk dəfə  həyata keçirdi

28 Dekabr 2019, 11:11
Valideyn və müəllimlər üçün çox vacib layihə - DİM  ilk dəfə  həyata keçirdi

 

 “DİM-in metodika və dərsliklərin monitorinqi şöbəsi tərəfindən 2019-cu ildə ilk dəfə yeni bir layihə həyata keçirilib”.

AzEdu.az xəbər verir ki, bu barədə sözügedən şöbənin  illik hesabatında qeyd olunub. 

Şöbə tərəfindən yeni bir layihə həyata keçirilib. Müvafiq fənn kurikulumlarının təlim nəticələri nəzərə alınmaqla, ümumtəhsil məktəblərin I-IV sinifləri üçün qiymətləndirmə tapşırıqları kitabçaları hazırlanıb.

Hesabatda bildirilib ki, müəllimlər  kitabçalardakı tapşırıq variantlarından məktəbdaxili qiymətləndirmədə istifadə edilə bilər.  Eyni zamanda şagirdlər müstəqil olaraq tədris prosesində mövzuları necə mənimsədiklərini yoxlaya bilərlər.

Həmçinin  valideynlər də  bu kitabçalar vasitəsilə övladlarının bütövlükdə fənni necə mənimsəmələrini müəyyənləşdirə bilərlər.

TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox