Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-27 17:58:00
Diaqnostik Qiymətləndirmədə son günlər - Yenə də nəticəsi ləğv edilən oldu

27 dekabrda keçirilən psixoloqların diaqnostik qiymətləndirilməsi imtahanında 581 psixoloq iştirak edib.

AzEdu.az xəbər verir ki, bir namizəd imtahan qaydalarını pozduğu üçün nəticəsi ləğv olunaraq imtahandan kənarlaşdırılıb.
Namizədlər arasında ən yüksək nəticəni (51 bal) Tovuz rayonu A.S.Puşkin adına şəhər tam orta məktəbdə 3 ildir psixoloq vəzifəsində çalışan Könül Cəfərli əldə edib.

Qeyd edək ki, dekabrın 24-dən etibarən psixoloqların diaqnostik qiymətləndirilməsi imtahanına start verilib. Dekabrın 28-dək davam edəcək prosesdə 2700-dək psixoloqun iştirakı nəzərdə tutulur.

Diaqnostik qiymətləndirilmə proqram təminatı vasitəsilə test üsulu ilə həyata keçirilir. İmtahanda namizədlərə praktiki psixologiya üzrə 35, nəzəri psixologiya üzrə 25 olmaqla ümumilikdə 60 test tapşırığı təqdim olunur. Hər düzgün cavab 1 balla qiymətləndirilir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları