Azedu.az

AzTU-nun tələbəsi dünya kuboku yarışının qalibi oldu

Ali təhsil

Müəllimlər və elm adamları

16 Dekabr 2019, 14:34
AzTU-nun tələbəsi dünya kuboku yarışının qalibi oldu

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Juboksinq citsu üzrə növbəti Dünya Kuboku yarışı keçirilib.

AzEdu.az xəbər verir ki, yarışa dünyanın 9 ölkəsindən müxtəlif çəki dərəcələrindən olan idmançılar qatılıb. Ölkəmizi 55 kq çəki dərəcəsində təmsil edən Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma və robototexnika” fakültəsinin 3-cü kurs tələbəsi Əli Hacıyev bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. 

AzTU-nun rektoru Vilayət Vəliyev idmançı tələbəmiz və onun məşqçisi Hikmət Mahmudovla görüşüb, onları qələbə münasibətilə təbrik edib, gələcəkdə daha böyük uğurlar arzulayıb.

İrandan daha bir hücum - Bakı hədəfə alındı
Son xəbərlərDaha çox