Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-05 13:54:00
Dövlət Komitəsinin sədri: "Xarici ölkələrə Azərbaycandilli dərsliklər gələn ildən paylanacaq"

"Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılar üçün hazırlanan xüsusi Azərbaycandilli dərsliklərin gələn ildən paylanılmasına başlanacaq".

AzEdu.az  xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, azərbaycanlıların yaşadığı bütün ölkələrə dərsliklər göndəriləcək: "Çox yaxşı bir nəşr alınıb. Ümid edirəm ki, bu dərsliklər öz müsbət nəticəsini verəcək".

Qeyd edək ki, sözügedən dərsliklər hazırda baxılması üçün Təhsil Nazirliyinə təqdim olunub. (Report.az)