Noyabrın 25-də Azərbaycan Dillər Universitetində (ADU) Türk Araşdırmaları Mərkəzinin açılış və Yüksek Öğretim Kurulu (YÖK) sədri professor Dr. Yekta Saraçın ADU-nun Fəxri doktoru adı ilə təltifolunma mərasimi keçirilib.
ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla professor Yekta Saraçın türkoloji
aləmdə, elm quruculuğunda adı olan və bu işlərə öz həyatını, daxili enerjisini vermiş insan kimi nəinki Türkiyədə, həmçinin Azərbaycanda və bu ölkənin sərhədlərindən xeyli kənarda ciddi alim kimi tanındığını bildirib. ADU-nun fəxri doktorları siyahısına belə alim və mötəbər insanın daxil edilməsinə ürəkdən sevindiyini bildirən Kamal Abdulla Y.Saraçın ADU-nun tələbə, müəllim, gənc tədqiqatçılarını daim diqqətə mərkəzində saxlayacağına, universitetin Türkiyə universitetləri ilə əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə inandığını deyib.
Rektor Kamal Abdulla universitetdə fəaliyyət göstərən 20-dən çox ölkənin dil və mədəniyyət
mərkəzlərindən söz açaraq yeni mərkəzin – Türk araşdırmaları mərkəzinin açıldığını qeyd edib.
Rektor mərkəzin fəaliyyətinin hər iki dövlətin, hər iki millətin övladlarını bir-birinə daha da
yaxınlaşdırmasını arzu edib.
Yüksek Öğretim Kurulu (YÖK) sədri professor Dr. Yekta Saraç iki ölkə arasında bir çox sahələr üzrə əməkdaşlığın mövcud olduğunu qeyd edərək təhsil sahəsindəki əlaqələrin vacibliyindən danışıb. Dilin mədəniyyətin simvolu olduğunu deyən Y.Saraç ADU-nun dillərin öyrədilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. O, Türkiyədə Azərbaycan dili, mədəniyyəti, ədəbiyyatının öyrədilməsinə xüsusi önəm verdiklərini vurğulayıb. Y.Saraç fəxri doktor adına layiq görülməyi ilə də Azərbaycan və Türkiyə universitetləri arasında əlaqələrin qurulması və möhkəmləndirilməsinə xüsusi diqqət ayıracağını bildirib.
Türk araşdırmaları mərkəzinin müdiri Aynur Beşkonak, ADU-nun rektorunun Sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev universitetdə baş verən əlamətdar