Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-25 10:05:00
DİM  hazırlıq kursları təşkil edib

Dövlət İmtahan Mərkəzi Gəncə şəhərində qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq (marker) kursları təşkil edib.

AzEdu.az xəbər verir ki, kurslarda ixtisası müvafiq fənlərə uyğun müəllimlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak ediblər

23-24 noyabr 2019-cu il tarixlərində Gəncə şəhəri 4№-li tam orta məktəbdə Azərbaycan dili, riyaziyyat, ingilis dili, rus dili, tarix, coğrafiya, fizika, kimya və biologiya fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq (marker) kursları keçirilib. 

Kurslarda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak ediblər.  

Hazırlıq kurslarında DİM-in əməkdaşları – Azərbaycan dili fənni üzrə Sevinc Hacıyeva, riyaziyyat fənni üzrə Samir Hüseynli, ingilis dili fənni üzrə moderator Nərminə Əliyeva, rus dili fənni üzrə moderator Viktoriya Ələkbərova, tarix fənni üzrə moderator Hafiz Cabbarov, coğrafiya fənni üzrə moderator Şahsənəm İskəndərova, fizika fənni üzrə moderator Əlövsət Rəcəbli, kimya fənni üzrə moderator Xəlil Nağıyev, biologiya fənni üzrə moderator Eynulla Musayev müvafiq fənn kurikulumu və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, onları reallaşdıran mövzular, qiymətləndirmə vasitələrinin formaları, məzmunu və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatlar ediblər.  

Təqdimatlardan sonra iştirakçıları maraqlandıran suallar moderatorlar tərəfindən cavablandırılıb. 

Hazırlıq kursunun proqramına əsasən iştirakçılarla praktiki mərhələ internet vasitəsi ilə həyata keçiriləcək. 

Məlumat üçün qeyd edək ki, sonuncu mərhələdə kurs iştirakçıları kalibrləmə prosesindən keçəcəklər. İştirakçılara kurs keçdikləri barədə sertifikatlar veriləcək və onların şəxsi məlumatları DİM-in elektron “Məlumat bazası”na daxil ediləcək. 

Ayşə Müseyib