https://www.zirve.edu.az/
24.11.2019 12:07
Təhsil  müəssisəsi açmaq istəyənlər bunları niyə bilmirlər? –Böyük rəqəmlər
Çap et

 

 Təhsil   müəssisələrinin akkreditasiyasına görə ödənilən məbləğ  “Dövlət rüsumunu haqqında” Qanuna görə müəyyənləşdirilir.

 AzEdu.az xəbər verir ki, bu ildən Milli Məclisin plenar iclasında "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklər qəbul edilib. Qanuna əlavə edilməsi təklif olunan 32.1-ci maddəyə əsasən, akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3.000 manat, ümumtəhsil müəssisələri 5.000 manat, məktəbdənkənar təhsil müəssisələri 7.000 manat dövlət rüsumu ödəməlidir. Peşə təhsili müəssisələrinin akkreditasiyadan keçməyə görə dövlət rüsumunun məbləği 10.000 manat, orta ixtisas təhsili müəssisələri üzrə 15.000 manat, ali təhsil müəssisələri üçün isə 20.000 manat həcmində müəyyənlədirilir. Bundan başqa, əlavə təhsil müəssisələri, habelə təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də akkreditasiyadan keçmək üçün 15.000 manat dövlət rüsumu ödəməli olacaqlar.

Ötən illərdə isə dövlət rüsumu aşağıdakı kimi müəyyənləşmişdi.

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

32-1.1. məktəbəqədər təhsil müəssisələri

2000 manat

32-1.2. ümumi təhsil müəssisələri

5000 manat

32-1.3. məktəbdənkənar təhsil müəssisələri

5000 manat

32-1.4. peşə təhsili müəssisələri

10000 manat

32-1.5. orta ixtisas təhsili müəssisələri

12000 manat

32-1.6. ali təhsil müəssisələri

20000 manat

32-1.7. əlavə təhsil müəssisələri

12000 manat

32-1.8. təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr

12000 manat