https://www.zirve.edu.az/
23.11.2019 12:42
Xaricdə doktorantura səviyyəsində oxumaq istəyənlərin hərbi xidmətdən möhlət hüququ olmalıdır?
Çap et

Xəbər verdiyimiz kimi 2020-ci ilin yaz semestri üçün "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsili üçün elan verilib".

Xatırladaq ki, Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul həyata keçirilmir. Yalnız xarici ali təhsil müəssisələrinə qəbul olunmuş və yaxud artıq orada təhsil alan doktorantlar təhsilləri ilə bağlı xərclərin qarşılanması məqsədilə Dövlət Proqramına müraciət edə bilərlər. Təhsil almaq istədiyiniz ali təhsil müəssisəsinin internet səhifəsində qəbul barədə müvafiq məlumatla tanış ola bilərsiniz.

Bəs doktorantura təhsil səviyyəsi üçün müraciət edən iddiaçı hərbi xidmətdən möhlət hüququ olmalıdır?

AzEdu.az  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktoranturada təhsillə bağlı ən çox verilən verilən suala cavabı təqdim edir:

 -Namizədin hərbi bileti, yaxud xarici ali təhsil müəssisəsində təhsili başlayanadək ona müddətli həqiqi hərbi xidmətə çağırışa möhlətin verildiyini və ya çağırışdan azad edildiyini təsdiq edən arayış olmalıdır.

Qeyd edək ki, Dövlət Proqramına sənədlərin qəbulu elektron ərizə vasitəsilə həyata keçirilir. Dövlət Proqramının iştirak tələblərinə cavab verən və I mərhələdə sənədləri qəbul olunan namizədlər II mərhələdə müvafiq müsahibədə iştirak edirlər. Fərdi müsahibənin keçirilmə yeri və vaxtı barəsində məlumat namizədə elektron ərizə sistemi vasitəsilə bildirilir. Son mərhələdə müsbət qiymətləndirilmiş namizədlərin siyahısı təsdiq edilmək üçün Azərbaycan Respublikasının Təhsil nazirinə təqdim olunur.

Günel Yaşarqızı
Müəllifin digər yazıları