Azedu.az

Məmur olmaq istəyənlərin nəzərinə - İmtahan keçiriləcək 

Dövlət İmtahan Mərkəzi

14 Oktyabr 2019, 14:20
Məmur olmaq istəyənlərin nəzərinə - İmtahan keçiriləcək 

Dövlət İmtahan Mərkəzi tərəfindən oktyabrın 27-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

DİM-dən AzEdu.az-a verilən xəbərə görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahanda iştirak etmək üçün qeydiyyat 17 oktyabr saat 18:00-dək davam edəcək.

Oktyabrın 14-ü saat 14:50-dək olan məlumata əsasən, imtahanda iştirak etmək üçün BA vəzifə qrupu üzrə 163, BB vəzifə qrupu üzrə 668 nəfər olmaqla, ümumilikdə 831  nəfər qeydiyyatdan keçib.

TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox