Azedu.az

Məleykə Abbaszadə vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzi

29 Sentyabr 2019, 17:50
Məleykə Abbaszadə vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək.

AzEdu.az xəbər verir ki, Cəlilabad rayonunda keçiriləcək qəbulda Cəlilabad və Yardımlı, Biləsuvar, Lənkəran, Lerik, Astara, Masallı rayonlarının  sakinləri iştirak edə bilərlər.

Qəbul 30 sentyabrda saat 11.00-da Cəlilabad şəhəri, H.Əliyev Mərkəzində keçiriləcək. (ünvan: H.Əliyev prospekti, 242A)

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya DİM-in Lənkəran Regional Bölməsinə (əlaqə telefonu: +994252552482) müraciət etmələri xahiş olunur.

 Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı
Son xəbərlərDaha çox