Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-03 15:17:00
ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbi  keçiriləcək  

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) 2018-ci ilin 14-28  iyul tarixlərində  Davamlı  İnkişaf  Hədəfləri adlı 1-ci Beynəlxalq Yay Məktəbi  təşkil edir.

AzEdu.az məlumat verir ki, məktəbin təşkilində məqsəd yerli və xarici ali təhsil müəssisələrinin bakalavriat tələbələrini bir yerə toplamaqla, Davamlı İnkişaf Hədəflərini, onların icra vəziyyətini və qlobal əməkdaşlığı müzakirə etməkdir. İngilis dilində təşkil olunan məktəbində iştirak üçün qeydiyyat, yaşayış və qidalanma ödənişsizdir. İştirakçıları universitetin Tələbə evində yaşayı yeri ilə təmin olunacaqlar. Yay məktəbində davamlı inkişaf hədəflərinə dair məsələlər müzakirə olunmaqla yanaşı, iştirakçılar üçünNizami Məqbərəsi, Heydər Əliyev Park-Kompleksi, Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyi, ”Zəfər Tağı”, ”Nizami Gəncəvi” muzeyi, ”Məhsəti Gəncəvi” Mərkəzi, ”İmamzadə” dini kompleksi, Xan bağı, Şah Abbas Məscidi, ”Avropa 2016-Gənclər Paytaxtı” Parkı, Gəncənin Bayraq Meydanı, “Gəncəcay” park-bulvar kompleksi, Goygol, Maralgol, “Mirzə Şəfi Vazeh” Parkı, ”Xəmsə” Parkı və digər diqqətçəkən yerlərə, habelə regionda yerləşən fermer təsərrüfatlarına turlar təşkil olunacaqdır.

Müraciət üçün tərcümeyi hal-CV (əgər varsa, sertifikatlar əlavə olunmalı), iştirakın məqsədini əks etdirən yazı, təhsil aldığı universitetdən tövsiyə məktubu və şəxsiyyət vəsiqəsinin surəti [email protected] elektron poçt ünvanına göndərilməlidir. 

Müraciət üçün son tarix 31 may 2018-ci ildir.

Ünvan: Atatürk prospekti 450, Gəncə şəhəri, Azərbaycan, AZ 2000

Tel:+994222565733

Faks:+994553656621

[email protected]

www.adau.edu.az