https://www.zirve.edu.az/
01.05.2018 10:29
Ən uğurlu təhsil naziri sorğusunda kim qalib gəldi? - NƏTİCƏ

Məlum olduğu kimi, nazirlik  dövlət idarəsinin hansısa bir sahəsinə rəhbərlik edən mərkəzi hökumət orqanıdır. Təhsil Nazirliyi də Azərbaycan Respublikasının təhsil sahəsində fəaliyyət göstərən rəsmi dövlət qurumudur. Bu quruma ayrı-ayrı vaxtlarda müxtəlif şəxslər rəhbərlik edib.

AzEdu.az “Təhsil tariximizin ən uğurlu naziri kim olub” sualı ilə sorğu keçirib.

Mikayıl Cabbarov 28.3% səslə “Təhsil tarixinin ən uğurlu naziri” hesab edilib.

Sıralamada ikinci yerdə 24.5% səslə Misir Mərdanov, 16.6% səslə isə Nəsib bəy Yusifbəyli qərarlaşıb.

Sorğunun nəticələrini təqdim edirik:

Mikayıl Cabbarov – 28.3%
Misir Mərdanov – 24.5%
Nəsib bəy Yusifbəyli – 16.6%
Firudin Cəlilov – 10%
Rəşid bəy Qaplanov – 10%
Lidya Rəsulova – 7.91%
Elmira Qafarova  - 2.08%
Müseyib Şahbazov – 0.41%