Azedu.az

Abituriyentlərin imtahan sonrası təəssüratları - VİDEO

Dövlət İmtahan Mərkəzi

7 İyul 2019, 16:00
Abituriyentlərin imtahan sonrası təəssüratları - VİDEO

İyulun 7-də Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə yay qəbul imtahanı keçirib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 57 binada aparılıb. İmtahanların idarə olunmasına 205 imtahan rəhbəri və 2323 nəzarətçi-müəllim cəlb olunub.

İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə II qrupda riyaziyyat, coğrafiya və tarix fənləri üzrə, III qrupda isə Azərbaycan dili, tarix və ədəbiyyat fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.

AzEdu.az valideyn və abituriyentlərin təəssüratlarını öyrənmək üçün Yasamal rayonu 53 nömrəli tam orta məktəbdə olub.

İmtahan prosesindən videonu təqdim edirik.

Şükufə süleymanlı

 

TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox