Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-21 12:46:10
15 yeni universitet açılacaq

Türkiyədə həyata keçiriləcək dəyişikliyə əsasən 13- dövlət, 2-si özəl olmaqla 15 yeni universitet açılacaq.

TBMM-ə bəzi qanun və qərarlarda dəyişiklik edilməsinə dair qanun layihəsi baş nazir Binəli Yıldırımın imzasıyla gəlib.

AzEDU.az Türkiyə mediasına istinadən xəbər verir ki, dəyişikliyə əsasən  Gaziantep  Elm və Texnologiya İnstitutu,  Konya Tibb Universiteti, Kütahya Tibb Universiteti, Malatya Turqut Özal Universiteti, İstanbul İbni Sina, Ankara Hacı Bayram Vəli, Samsun, Sivas Elm və Texnologiya İnstitutu, Tarsus, Trabzon, Kayseri və Kahramanmaraş İstiklal Universitetləri adı ilə 13 yeni dövlət universiteti yaradılacaq.  Bu ali təhsil müəssisələri üçün kadrlar toplanır.

İzmir Tınaztəpə və İstanbul  Tuna Universitetləri adı ilə  iki özəl ali təhsil müəssisəsi də yaradılacaq. 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları