Azedu.az

Dövlət İmtahan Mərkəzində SAT imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzi

4 May 2019, 13:58
Dövlət İmtahan Mərkəzində SAT imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzində (DİM) mayın 4-də növbəti SAT imtahanları (SAT and SAT Subject) keçirilib.

DİM-dən  AzEdu.az-a bildirilib ki, imtahanda qeydiyyatdan keçən 48 nəfərdən 47-si iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

SAT imtahanlarının nəticəsinin mayın 17-də elan olunması gözlənilir. Nəticələri //sat.collegeboard.org/scores linkində öyrənmək mümkün olacaq.

Qeyd edək ki, növbəti SAT imtahanının iyunun 1-də keçirilməsi nəzərdə tutulur.

Qeydiyyatdan keçmək qaydaları ilə //dim.gov.az/activities/exams/sat/  linkində tanış olmaq mümkündür.

Azərbaycanın milyardları bu MƏMURLARIN CİBİNDƏ! - ŞOK SİYAHI
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox