Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-06 14:10:25
Eyni vaxtda 4 böyük universitetə qəbul olunan məktəbli azedu.az-a danışdı: “HARVARDI SEÇƏCƏYƏM”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 93 nömrəli tam orta məktəbin XI sinif şagirdi İlkin Bayramlı dünyanın dörd nüfuzlu universitetinə eyni anda qəbul olunub. O, Harvard Universitetində bakalavriat səviyyəsində təhsil alma şansı qazanan yeganə azərbaycanlıdır.

Uğurunun sevincini AzEDU.az saytı ilə bölüşən İlkin Bayramov məqsədinə nail olmaq üçün illərlə zəhmət çəkdiyini bildirib: “Bu, çox uzun çəkən proses idi, bir gün ərzində alınacaq şey deyildi. Yəni, illərlə qazandığım kiçik nailiyyətlər toplanıb, sonda isə belə uğurla nəticələnib. Ailəm, ətrafım, dostlarım, məktəb kollektivim - bunu eşidən hər kəs çox sevindi. Çünki inanılası bir şey deyildi. Bunun üçün xeyli zəhmət çəkmişdim. Onların nəticə verməsi məni hədsiz sevindirdi. İndi isə dörd dünya səviyyəli ali təhsil müəssisəsi arasında seçim etməliyəm. Mən Harvard Universitetini seçməyi düşünürəm. İllərdir bu məqsədlə yaşadığıma görə bunu özümdən gözləyirdim”.

Qeyd edək ki, İ.Bayramov topladığı balla Harvarddan əlavə Amerikanın Kolqeyd, Çexiyanın Çarles universitetlərində və Sinqapurun Yale-NUS Kollecində də tam təqaüdlə təhsil almaq şansı qazanıb.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları