Azedu.az

İxtisaslara inanılmaz müraciət sayı, gözlənilməz rəqəmlər -"Peşə"də GƏRGİN RƏQABƏT

Elm və təhsil

Peşə təhsili

Peşə Təhsili üzrə Dövlət Agentliyi

7 Sentyabr 2026, 14:20
İxtisaslara inanılmaz müraciət sayı, gözlənilməz rəqəmlər -"Peşə"də GƏRGİN RƏQABƏT

Ötən günlərdə peşə təhsilinə qəbulun nəticələri açıqlandı. Bu səbəbdən maraqlıdır ki, ötən illərlə müqayisədə peşə təhsilinə maraq necə formalaşıb? Hansı peşələrə daha çox müraciət olunur?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil tədqiqatçısı Elmin Nuri qeyd edib ki, illər əvvəl peşə təhsilinə olan maraq o qədər zəif idi ki, hətta ildə bir dəfə həyata keçirilən qeydiyyat prosesi belə planları tam doldura bilmirdi:

188896

"Peşə təhsil seqmenti son illərdə özünün xüsusi inkişafı  və cəmiyyət tərəfindən yüksək qiymətləndirilməsi ilə seçilir. Son illərdə təsadüfi deyil ki, peşə təhsil müəssisələrinə qəbul 3 mərhələdən aparılır. Hətta üçüncü mərhələdən sonra da belə qəbul olmaq istəyində olanların sayı heç də az olmur. Xatırlayıram, illər əvvəl peşə təhsilinə olan maraq o qədər zəif idi ki, hətta ildə bir dəfə həyata keçirilən qeydiyyat prosesi belə planları tam doldura bilmirdi. Peşə təhsil müəssisələrinin nümayənədləri məcburən məktəblərə gedir və orada şagirdləri bilgiləndirməkdən də çəkinmirdilər. İndi isə vəziyyət tam dəyişib.

Təsəvvür edin ki, 2025-ci ildə təkcə aşpazlıq ixtisası üzrə təhsil almaq üçün 7079 nəfər peşə təhsil müəssisələrinə müraciət edib. Mühasibat uçotu ixtisasına edilən müraciətin sayı 6 mini, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, eləcə də kompüter sistemlərində proqramlaşdırma ixtisaslarına il ərzində edilən müraciət sayı isə 5 mini ötüb. Bu rəqəmlər peşə təhsil müəssisələrinə marağın nə yerdə olduğunu bizə bariz şəkildə əks etdirir. Təsəvvür edin, kibertəhlükəsizlik ixtisasının bir plan yeri üzrə edilən müraciət sayı 45 nəfərdir. Yəni, bu ixtisas oxumaq üçün bir yer uğrunda 45 nəfər mübarizə aparır. Satış və marketinq ixtisası üzrə bu göstərici 25, bərbər-vizajist-manikürçü ixtisası üzrə isə 18-dir". 

Hazırda peşə təhsilində minlərlə insan tərəfindən səbirsizliklə gözlənilən bir neçə yeniliyə ciddi ehtiyac var:

"Ötən il peşə təhsil müəssisələrinə edilən ümumi müraciət sayı 47 mindən yuxarı olub. Müqayisə üçün isə deyək ki, ali təhsil müəssisələrinə olan ötənilki müraciət sayı ilə müqayisədə bu rəqəm az qala 50%-lik həddə yaxınlaşır. 

Peşə təhsilinə olan tələbatlılıq göstəricisi ildən ilə artır. Statistikadan da göründüyü kimi, bu tendensiya artan temp üzrə getməkdədir. Qızların peşə təhsilinə olan münasibətində də biz bunu görürük. Belə ki, ötən il ümumi müraciətçi sayının 40%-i məhz xanımlar olub. Xanımlar ümumilikdə 127 ixtisasa müraciət ediblər. Onların arasında ən çox tələb olunanı dayə, laborant-mikrobioloq ixtisasları olub. 

Üstəlik,  Zəngilan, Ağdam, Kəlbəcər, Füzuli, Qubadlı  kimi DPTM-lərin yenidənqurulması bu seqmentin nə dərəcədə vaciblik göstəricisinə malik olduğuna işarədir. 

Lakin hazırda peşə təhsilində minlərlə insan tərəfindən səbirsizliklə gözlənilən bir neçə yeniliyə ciddi ehtiyac var: bunlardan biri yüksək texniki peşə dərəcəsi üzrə ayrılan plan yerlərinin artımı məsələsidir. Peşə Təhsili üzrə Dövlət Agentliyi və onun tabe olduğu Elm və Təhsil Nazirliyi peşə təhsilinin inkişafı istiqamətində ildən-ilə vacib işlər görməkdədirlər. İnanırıq ki, qarşıdakı illərdə həm bu, həm də DUAL təhsillə bağlı olan kəmiyyət göstəricilərində artımın şahidi olacağıq".

Ukraynadan dağıdıcı HÜCUM - Rusiya şəhərləri vurulur!
Son xəbərlərDaha çox