Azedu.az

FAKTİKİ HAVA: yağış yağır, 37 dərəcə isti var

AzEdu Təhsil Platforması

6 Sentyabr 2026, 11:06
FAKTİKİ HAVA: yağış yağır, 37 dərəcə isti var

Sentyabrın 6-sı saat 10:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Bu barədə AzEdu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Düşən yağıntının miqdarı Daşkəsəndə 4, Kişcay (Şəki), Şirvan, Bərdədə 2, Gədəbəy, Naftalan, Qax, Tərtər, Göygöl, Zərdab, Şəmkir, Goranboy, Şahdağ, Ağdamda 1 mm-dək qeydə alınıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR 37, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti müşahidə olunub.

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox