Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlanması iddiası aidiyyəti üzrə araşdırılır.
AzEdu.az APA-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı ərazi polis şöbəsində təhqiqat araşdırması aparılır.
15:18
Sosial şəbəkələrdə 1 həftə müddət ərzində bağçaya gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlandığı ilə bağlı iddialar yayılıb.
AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-nın sorğusuna cavab olaraq, bildirilib ki, qeyd edilən məsələ ilə bağlı BŞTİ tərəfindən müvafiq araşdırma aparılır.
Qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi vurğulanıb.
İddiaya görə, bağçaya gedən uşaqğın hərəkətlərində anlaşılmazlıq hiss edildikdən sonra ailəsi həkimə müraciət edib və analizlərin cavabına əsasən, onun qanında psixotrop dərman aşkarlanıb