Azedu.az

Gəncə terrorunda valideynlərini itirən Nilayın 3-cü sinifdə ilk DƏRS GÜNÜ

AzEdu Təhsil Platforması

1 Sentyabr 2026, 13:35
Gəncə terrorunda valideynlərini itirən Nilayın 3-cü sinifdə ilk DƏRS GÜNÜ

Gəncə terrorunda hər iki valideynini itirən Nilay bu gün 3-cü sinfə başlayıb.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, 2020-ci ildə Ermənistanın Gəncəyə raket hücumu nəticəsində hər iki valideynini itirən Əliyeva Nilay Adil qızı bu gün yeni dərs ilinin ilk günündə 3-cü sinfə qədəm qoyub.

Nilay hazırda Xəzər Universiteti Dünya Məktəbində 3-cü sinifdə ingilis dilində təhsil alır. Onun həyatında bu gün xüsusi günlərdən biridir. Bir vaxtlar Gəncəyə raket hücumu nəticəsində valideynlərini itirən Nilay bu gün məktəbli kimi yeni tədris ilinə başlayıb.

Qeyd edək ki, Nilayın atası Adil Əliyev 2020-ci il oktyabrın 11-də Gəncənin raket atəşinə tutulması zamanı, anası Günay Əliyeva isə aldığı xəsarətlərdən bir gün sonra həyatını itirib.

İndi isə Nilay valideynlərinin xatirəsi ilə böyüyür, təhsil alır və gələcəyə doğru addımlayır. Bu gün onun üçün sadəcə yeni dərs ilinin ilk günü deyil, həyatının yeni mərhələsinə atılan növbəti addımdır.

Pezeşkianla görüşdə su təxribatı - Putin Əliyevə nələr dedi?
Son xəbərlərDaha çox