Azedu.az

Bu gün dünyanın bir çox yerində ilk dərs günüdür - ÖLKƏLƏR

AzEdu Təhsil Platforması

1 Sentyabr 2026, 11:12
Bu gün dünyanın bir çox yerində ilk dərs günüdür - ÖLKƏLƏR

1 sentyabr tarixində, dünyanın bir sıra ölkələrində yeni tədris ili başlayır.

AzEdu.az-ın araşdırmasına görə, Rusiya, Ukrayna, Meksika, Serbiya, Ermənistan, Latviya, Litva, Moldova, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Belarus və Gürcüstanda məktəblər məhz sentyabrın 1-də şagirdlərin üzünə açılır.

Rusiyada bu tarix "Bilik Günü" kimi qeyd olunur və yeni tədris ilinin ilk günü hesab edilir. Ukraynada mövcud vəziyyətlə əlaqədar 1 sentyabr dərslər əyani, distant (onlayn) və ya qarışıq (hibrid) şəkildə həyata keçirilir.

Mərkəzi Asiya ölkələrinin böyük hissəsində də dərslər sentyabrın 1-də başlayır. Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Belarusda yeni tədris ili bu tarixdən etibarən start götürür.

Baltikyanı ölkələrdən Latviya və Litvada, eləcə də Moldova, Gürcüstan və Serbiyada məktəblər də 1 sentyabrda fəaliyyətə başlayır. Meksika və Ermənistanda da 2025-2026-cı tədris ili sentyabrın ilk günündə başlayır.

Azərbaycanda isə ənənə fərqlidir. Ölkəmizdə yeni tədris ili sentyabrın 15-də başlayır.

Qeyd edək ki, Azərbaycanda əvvəllər dərslər də sentyabrın 1-də başlayırdı. Həmin qaydaya əsasən, tədris ili mayın 25-də başa çatırdı.

Pezeşkianla görüşdə su təxribatı - Putin Əliyevə nələr dedi?
Son xəbərlərDaha çox