Azedu.az

İTV 21 yaşını qeyd edir

AzEdu Təhsil Platforması

29 Avqust 2026, 09:43
İTV 21 yaşını qeyd edir

Bu gün İctimai Televiziyanın (İTV) 21 yaşı tamam olur.

AzEdu.az xəbər verir ki, İTV 2005-ci il avqustun 29-da fəaliyyətə başlayıb.

21 illik fəaliyyəti dövründə böyük inkişaf yolu keçən, maraqlı layihələrə imza atan telekanal bu gün tamaşaçıların sevgisini qazanmağı bacarıb.

İctimai Televiziya Azərbaycanın zəngin və rəngarəng efir məkanında fərqli - ictimai yayım prinsiplərinə uyğun proqram siyasəti yürüdüb. Belə ki, mötəbər idman yarışları, Futbol üzrə Avropa Çempionatı, Olimpiada və Paralimpiya Oyunları İTV-də nümayiş olunub. Kanal həm də dünyada məşhur olan serialları alıb səsləndirərək tamaşaçılara təqdim edir.

İTV-nin efirindəki bütün filmlər və cizgi filmləri lisenziya əsasında yayımlanır.

44 günlük Vətən müharibəsi dönəmində də İctimai Televiziya informasiya müharibəsinin ilk sıralarda yer alıb.

AzEdu Təhsil Platforması İTV əməkdaşlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!

SON DƏQİQƏ! DİN kritik əməliyyat keçirdi - Saxlanılanlar var
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox