Azedu.az

Uşaqlar üçün kitabxana və dərnəklərın sayı 3 dəfə AZALIB

AzEdu Təhsil Platforması

29 Avqust 2026, 12:22
Uşaqlar üçün kitabxana və dərnəklərın sayı 3 dəfə AZALIB

Azərbaycanda Mədəniyyət Nazirliyi sistemi üzrə uşaq kitabxanalarının sayı son 25 ildə azalıb.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” statistik məcmuəsində qeyd olunub.

Məlumata görə, 2001-ci ilin əvvəlinə ölkədə Mədəniyyət Nazirliyi sistemi üzrə 112 uşaq kitabxanası fəaliyyət göstərib. 2006-cı ildə onların sayı 103-ə, 2011-ci ildə 102-yə, 2016-cı ildə 97-yə, 2021-ci ildə isə 87-yə düşüb. 2025-ci ilin əvvəlinə uşaq kitabxanalarının sayı 89-a yüksəlsə də, 2026-cı ilin əvvəlinə yenidən 87 olub.

2001-2026-cı illər ərzində uşaq kitabxanalarının sayı 112-dən 87-yə, yəni 25 ədəd azalıb. Kitabxanaların fondunda da azalma qeydə alınıb. 2001 və 2006-cı illərdə uşaq kitabxanalarının fondu 2,7 milyon nüsxə olduğu halda, 2011-ci ildə bu göstərici 2,2 milyona, 2016-cı ildə 1,7 milyona, 2021-ci ildən etibarən isə 1,3 milyon nüsxəyə düşüb. 2025 və 2026-cı illərin əvvəlinə də fondun həcmi 1,3 milyon nüsxə təşkil edib.

Eyni zamanda, uşaq kitabxanalarının oxucu sayında son illərdə artım müşahidə olunur. 2001-ci ildə kitabxanalarda 338 min oxucu qeydə alındığı halda, 2006-cı ildə bu rəqəm 293 min, 2011-ci ildə 290 min, 2016-cı ildə 345 min olub. 2021-ci ildə oxucuların sayı 179 min nəfərə qədər azalıb. Sonrakı illərdə isə artım qeydə alınıb: 2025-ci ildə 275 min, 2026-cı ilin əvvəlinə isə 279 min oxucu olub.

Uşaq dərnəklərinin sayı 25 ildə 3 dəfədən çox azalıb

Belə ki, 2001-ci ilin əvvəlinə klub müəssisələrində 3 623 uşaq dərnəyi və kollektivi fəaliyyət göstərib. 2006-cı ildə onların sayı 3 375, 2011-ci ildə 3 517, 2016-cı ildə 2 366 olub.2021-ci ildə uşaq dərnəkləri və kollektivlərinin sayı 1 738-ə, 2025-ci ildə isə 1 105-ə qədər azalıb.2026-cı ilin əvvəlinə göstəricidə müəyyən artım qeydə alınıb və uşaq dərnəkləri ilə kollektivlərinin sayı 1 140 olub.

Bu, 2001-ci illə müqayisədə uşaq dərnəkləri və kollektivlərinin sayının 2 483 ədəd və ya təxminən 69 faiz azalması deməkdir. Dərnək və kollektivlərdə iştirak edən uşaqların sayında da ciddi azalma var. 2001-ci ildə onların sayı 50,4 min nəfər olduğu halda, 2006-cı ildə 44,2 min, 2011-ci ildə 45,7 min, 2016-cı ildə 28,4 min, 2021-ci ildə 20,7 min nəfər təşkil edib.

2025-ci ilin əvvəlinə iştirakçıların sayı 7,5 min nəfərə qədər azalıb. 2026-cı ildə isə bu göstərici cüzi artaraq 8,1 min nəfər olub.Beləliklə, 2001-2026-cı illər ərzində klub müəssisələrindəki uşaq dərnəkləri və kollektivlərində iştirak edənlərin sayı 50,4 mindən 8,1 min nəfərə düşüb.

SON DƏQİQƏ! DİN kritik əməliyyat keçirdi - Saxlanılanlar var
Son xəbərlərDaha çox