Azedu.az

Sosial iş ixtisası üzrə universitetlər arasında 250 BALLIQ FƏRQ

AzEdu Təhsil Platforması

27 Avqust 2026, 16:13
Sosial iş ixtisası üzrə universitetlər arasında 250 BALLIQ FƏRQ

Dövlət İmtahan Mərkəzi keçdiyimiz gün 6 nömrəli jurnalı çap edib.

AzEdu.az 2026/2027-ci tədris ilində Sosial iş ixtisasının universitetlər üzrə ən yüksək, və ən aşağı keçid ballarını və ötən illə müqayisəsini tədqim edir:

Ən yüksək keçid balı Bakı Dövlət Universitetində tədris ingilis dilində olan “Sosial iş” ixtisası üzrə qeydə alınıb. Sözügedən ixtisasın keçid balı 529.6 olub.

Ən aşağı keçid balı isə Bakı Avrasiya Universitetində tədris olunan “Sosial iş” ixtisasında qeydə alınıb. Bu ixtisas üzrə keçid balı 283.7 olub.

Ötən illə müqayisədə də “Sosial iş” ixtisası üzrə ən yüksək keçid balı Bakı Dövlət Universitetində qeydə alınıb. Belə ki, ötən il universitetdə tədris ingilis dilində olan “Sosial iş” ixtisasının keçid balı 536.1 olub. Ən aşağı keçid balı isə Azərbaycan Kooperasiya Universitetində tədris olunan “Sosial iş” ixtisası üzrə 270.1 təşkil edib.

Nəticələrə əsasən, Bakı Dövlət Universitetində tədris ingilis dilində olan “Sosial iş” ixtisasının keçid balı ötən illə müqayisədə aşağı düşüb.

Rusiya yenə özündən çıxdı - Sizi də bombalayacağıq!
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox