Azedu.az

Sabahın hava proqnozu açıqlanıb

AzEdu Təhsil Platforması

26 Avqust 2026, 13:02
Sabahın hava proqnozu açıqlanıb

Avqustun 27-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu abrədə AzEdu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki,Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-24° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.

Ukraynadan Rusiyaya dəhşətli hücum - 400-dən çox dron...
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox