Azedu.az

Bəzi rayonlarda leysan olacaq, temperatur 4-8 dərəcə enəcək 

AzEdu Təhsil Platforması

25 Avqust 2026, 15:41
Bəzi rayonlarda leysan olacaq, temperatur 4-8 dərəcə enəcək 

Avqustun 26-dan 29-dək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə AzEdu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Ölkə ərazisində havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 4–8 dərəcə enəcəyi gözlənilir.

Rus agentlərinə qarşı əməliyyat - Köçəryan tutuldu! ANBAAN VİDEO
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox